Sakı Sadıkov
KG
Qırğız Respublikası Jogorku Keneşinin nümayəndəsi
Baş katibin müavini vəkili

1994-cü ildə Qırğızıstan Dövlət Milli Universitetinin “Jurnalistika” fakültəsini bitirib. “Beynəlxalq münasibətlər və mətbuat” mövzusunda diplom işi yazıb. Jurnalistlikada (1994-2022) “Qırğız ruhu”, “Uçkun”, “Yıq mildet”, “Erkin Too” və s. kimi müxtəlif jurnallarda müxbirlikdən tutmuş, baş redaktor vəzifəsinə qədər peşənin bütün mərhələlərini keçmişdir. O, eyni zamanda telekanalda redaktor və prodüser işləyib. 2022-2023-cü illərdə Qırğız Respublikası Joqorku Keneşi sədrinin müşaviri təyin edilib.

Beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış jurnalist kimi bu sahədə çoxsaylı məqalələrin və mədəni irsə aid kitabların müəllifidir.

2023-cü ilin sentyabr ayından TÜRKPA-da baş katibin müavini vəzifəsini icra edən kimi fəaliyyətə başlayıb.