Ruslanbek Cakışov
KG
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü

2013-cü ildə Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetini mühəndis-mexanik ixtisası üzrə müvəffəqiyyətlə bitirib.

2016-cı ildə Jusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirib.

1993-1994-cü illərdə Qırğız Respublikası Ordusunda xidmət edib.

2005-2010-cu illərdə "Ak-Joltoy" ASC-də işləyib.

2010-2011-ci illərdə Bişkek şəhər meriyası yanında nəqliyyat departamentinin KTP şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyib.

2011-2013-cü illərdə “AİİD-Servis” MMC-də direktor müavini vəzifəsində işləyib.

2013-2015-ci illərdə Bişkek Meriyasının Lenin rayonu yanında Bələdiyyə Regional Departamentinin rəis müavini vəzifəsində işləyib.

2016-2017-ci illərdə Bişkek Şəhər Şurasının 26-cı çağırış deputatı seçilib.

2017-2021-ci illərdə Bişkek Şəhər Şurasının 27-ci çağırış deputatı, 2018-ci ildən isə Bişkek Şəhər Şurasının sədr müavini seçilib.

2021-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin 7-ci çağırış deputatı seçilib. Hüquq və asayiş, cinayətkarlıqla və korrupsiya ilə mübarizə komitəsinin sədr müavinidir.