Qırğız parlamentinin sədri TÜRKPA Katibliyini ziyarət edib
16 may 2023

16 may 2023-cü il tarixində Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Katibliyi ziyarət etmişdir. Parlamentin sədrini Joqorku Keneşin üzvləri Ulan Primov və İsgəndər Matraimov, TDT-nin ağsaqqalı Medetkan Şerimkulov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Musa Quliyev, həmçinin hər iki ölkənin səfirləri Lətif Qəndilov və Kayrat Osmonaliyev müşayiət etmişdir.

Ziyarət zamanı parlament sədri Qırğızıstan tərəfindən hədiyyə edilmiş milli qırğız yurtasının açılış mərasimi və Katibliyin həyətində ağacəkmə mərasimində iştirak etmişdir.

Eyni zamanda, Joqorku Keneşin sədri Katibliyin əməkdaşları ilə görüşmüş və çıxışında TÜRKPA-nın türk dövlətləri arasında birlik və əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulamışdır. Cənab Şakiyev yurtanın əcdadlardan qalan dəyərli irs olduğunu qeyd edərək, onun qırğız mədəniyyətinin ab-havası və unikal köçəri məskəni ilə tanış olmaq imkanı yaradacağına əminliyini ifadə etmişdir. Öz növbəsində, Baş katib Mehmet Süreyya Er nümayəndə heyətini salamlamış və Assambleya çərçivəsində görülən işlər barədə məlumat vermişdir.