Baş katib QDİƏTPA-nın 61-ci plenar iclasında iştirak edib
4 may 2023

Baş katib Mehmet Süreyya Er 4-5 may 2023-cü il tarixlərində Ankarada Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 61-ci plenar iclasında müşahidəçi qismində iştirak etmişdir.

Plenar iclas QDİƏTPA-nın üzv ölkələrinin parlament nümayəndə heyətləri, eləcə də müşahidəçi və qonaq qismində nümayəndə heyətlərini bir araya gətirmişdir.

Açılış mərasimində QDİƏTPA-nın prezidenti, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop və QDİƏTPA-nın Baş katibi Asəf Hacıyev çıxış etmişdir.

İclasda, həmçinin Baş katib Mehmet Süreyya Er də çıxış etmişdir.

Gündəliyə QDİƏTPA-nın komitələrinin hesabat məruzələri və tövsiyə qərarlarının qəbulu, o cümlədən QDİƏTPA, onun aidiyyəti qurumları və sektor dialoqu üzrə tərəfdaşlarının fəaliyyəti haqqında məlumatların təqdimatı daxil edilmişdir.

Hesabat və 60-cı plenar iclasın protokolu, həmçinin Assambleyanın Azərbaycan, Bolqarıstan, Rumıniya, Türkiyə və Ukraynadan olan yeni üzvlərinin etimadnamələri təsdiq edilmişdir.

Assambleya Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə QDİƏTPA-da müşahidəçi statusunun verilməsi barədə qərar qəbul etmişdir.

QDİƏTPA-da sədrlik Ukrayna Ali Radasına təhvil verilmişdir.