Əhliman Əmiraslanov
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri

Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. Əməkdar elm xadimidir. Ümumdünya Onkoloqlar, Ortoped-Travmotoloqlar Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvüdür.

1971-ci ildən Bakı Şəhər Klinik Onkologiya Xəstəxanasında həkim-ordinator, cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1977-ci ildən Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, professor vəzifələrində çalışmışdır. 1992– 2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuşdur. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri və həmin universitetin Onkoloji Klinikasının ictimai əsaslarla direktorudur.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Monteneqro, Niderland, Rusiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.