Şuşada Türk Biznes Forumu keçirilmişdir
16 sentyabr 2022

16 sentyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına həsr edilmiş Türk Biznes Forumunda iştirak etmişdir.

Forum Türk Dövlətləri təşkilatı, Türk Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif təşkilatlar, diplomatik korpus və Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın biznes dairələrindən nümayəndələr iştirak etmişdir.

Toplantı zamanı rəsmilər çıxış etmişdir.

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi və Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim edilməsi olmuşdur.

Forum çərçivəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya keçirilmişdir.