TÜRKPA “Qazax nəsri” antologiyasının təqdimatında iştirak edib
19 oktyabr 2022

19 oktyabr 2022-ci il tarixində Baş katibin müavini Talqat Aduov və Komissiya katibi Baurjan Datkayev yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə və tərtib edilmiş “Qazax nəsri” antologiyasının təqdimat mərasimində iştirak etmişdir. Diplomatik korpus və akademik dairələrin nümayəndələrini bir araya gətirən tədbir Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş və iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuşdur.