TÜRKPA Missiyası Qazaxıstan Parlamenti Senatında görüş keçirib
17 mart 2023

17 mart 2023-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanın Astana və Almatı şəhərlərində işinə başlamışdır.

Missiya üzvləri Qazaxıstan Respublikası Parlamenti Senatının Sosial-mədəni inkişaf və elm komitəsinin sədri Nurtore Jusip ilə görüşmüşdür.

Görüş zamanı cənab Jusip Türkiyədə baş vermis dağıdıcı zəlzələlərdə həyatını itirənlər üçün başsağlığını bildirmiş və xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləmişdir. Missiya rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker zəlzələlərdən sonra çətin zamanda dəstəkləri üçün Qazaxıstan Hökuməti və xalqına minnətdarlığını ifadə etmişdir.

Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə başlanan qanunvericilik islahatlarının həyata keçirilməsi haqqında Missiyaya məlumat verən cənab Jusip Parlament Məclisinə və maslixatlara növbədənkənar seçkilərin bu islahatların məntiqi davamı olduğunu qeyd etmişdir. O, Missiyanı seçki qanunvericiliyinə son dəyişikliklər haqqında məlumatlandırmışdır.

Missiya üzvləri Assambleya çərçivəsində əməkdaşlıq proseslərində Qazaxıstanın rolu və töhfəsini vurğulamış, qarşıdan gələn seçkilərin keçirilməsində uğurlar arzulamışdır.