TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının dördüncü iclası
10 noyabr 2014
Astana

10 noyabr 2014-cü il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisində TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü toplantısı keçirilmişdir. Toplantının gündəliyinin əsas mövzusu “Türkdilli ölkələr arasında enerji sektorunun inkişafı sahəsində əməkdaşlıq” olmuşdur.

Toplantıya TÜRKPA İqtisadi Əməkdaşlıq komissiyasının Sədri və Qazaxıstan Parlamentinin üzvü cənab Serikjan Kanayev sədrlik etmişdir. TÜRKPA üzv ölkələrindən olan parlament üzvləri Türkdilli ölkələr arasında enerji sahəsində əməkdaşlığın artırılması məsələsi ilə bağlı müzakirələr aparmışdır. Toplantıda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi toplantı iştirakçılarını Türkdilli ölkələrin Şura çərçivəsində enerji sahəsində əməkdaşlığına dair məlumatlandırmışdır.

Toplantıda Enerji sektorunda əməkdaşlığın inkişafına dair hesabat məruzəsi müzakirə olunmuş və dörd ölkənin parlament və hökumətlərinə ünvanlanmış tövsiyə qərarı təsdiqlənmişdir.

Komissiya alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulamışdır. Bununla əlaqədar Komissiyanın Sədri cənab Serikjan Kanayev Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevin enerji sahəsində gələcək istiqamətləri nəzərə alaraq, əsas mövzusu gələcək enerji mənbələri ilə bağlı olan EXPO-2017-nin Astanada keçirilməsi təşəbbüsünü irəli sürdüyünü qeyd etmişdir.

Komissiyanın növbəti beşinci toplantısının 2015-ci ilin ikinci yarısında Qırğızıstan Respublikasında keçirilməsi qərara alınmışdır.

Səfər zamanı komissiya üzvləri Energetika Nazirliyinin rəhbərliyi və Astana EXPO-2017 Birgə Səhmdar Cəmiyyətinin İdarə Heyəti ilə görüşmüşdür.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi