Tuesday, 27 July 2021, 18:29:16 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Türkiyə xarici işlər nazirinin müavini ilə görüşüb

4 may 2021-ci ildə baş katib Altınbek Mamayusupov Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ilə görüşüb. Görüşdə, həmçinin Türkiyə Böyük Millət Məclisinin üzvü və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini Recep Şeker də iştirak edib.

Tərəflər mülki əhali arasında çoxlu sayda ölüm və yaralıların olması ilə nəticələnən qırğız-qazax münaqişəsini, habelə bu kontekstdə mümkün yardım göstərilməsi yollarını müzakirə ediblər.

Baş katib, xüsusən sərhəd toqquşmalarına gətirib çıxaran vəziyyət barədə məlumat vermişdir. Öz növbəsində, cənab Kıran Türkiyənin hərtərəfli yardım göstərməyə hazır olduğunu bir daha vurğulamışdır.

Görüş müddətində, o cümlədən Türk institusional əməkdaşlığı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə edilmişdir.