Tuesday, 27 July 2021, 19:13:53 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyə Parlamentinin spikeri baş katibi qəbul edib

3 may 2021-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop baş katib Altınbek Mamayusupovu qəbul edib.

Spiker onlarla insanın ölümü və yaralanması ilə nəticələnən Qırğızıstan-Tacikistan sərhədində baş vermis silahlı insidentlə bağlı qırğız xalqına başsağlığını çatdırıb.

Həmçinin tərəflər gündəlikdə olan aktual məsələlərə dair fikir mübadiləsi aparmış və Qazaxıstanda baş tutacaq 10-cu Plenar İclasa hazırlıqları müzakirə etmişdir.