Tuesday, 27 July 2021, 20:21:40 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü baş tutub

31 mart 2021-ci il tarixində Baş katib Altınbek Mamayusupov Türk Şurasının onlayn formatda baş tutmuş qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Türk Şurasının Fəxri Sədri və Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Qırğızıstan Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikası Prezidenti Qurbanqulu Berdimuhamedov, Macarıstan Baş Naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə görüşündə çıxış ediblər.

Tədbirin açılış hissəsində Türkistan şəhəri ilə bağlı videoçarx nümayiş olunmuşdur. Türk irsinin və ümumi dəyərlərin təşviqi və qlobal səviyyədə nümayişinin önəmini qeyd edən iştirakçılar mənəvi əhəmiyyətə malik Türkistanın xüsusi rolunu qeyd etmiş və Türkistan Türk dünyasının mənəvi paytaxtı elan olunmuşdur.

Dövlət Başçıları ölkələr arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparmışdır.