Sunday, 19 September 2021, 14:41:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümünə həsr edilmiş seminarda iştirak edib

24 fevral 2021-ci ildə Baş katibin müavini Ali Yıldız Beynəlxalq Türk Akademiyası və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə təşkil edilmiş “Müstəqilliklərinin 30-cu ildönümündə Türk dövlətləri: dünən, bugün və gələcək” mövzusunda onlayn seminarda çıxış edib.

Türkiyə Xarici İşlər Nazirinin müavini cənab Yavuz Selim Kıran, Türk əməkdaşlıq təşkilatlarının və elmi dairələrin nümayəndələri tədbirdə iştirak edib. İştirakçılar ötən 30 ildə türkdilli ölkələrdə inkişaf və təqdirəlayiq nailiyyətləri qeyd edərək, xüsusən elm və təhsil sahəsində olmaqla, ölkələr arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Keçən 30 il ərzində türkdilli ölkələr arasında artan ikitərəfli və çoxtərəfli əməkdaşlığı qeyd edən cənab Yıldız bu baxımdan siyasi, sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulamışdır. O, belə əməkdaşlığın regionda davamlı inkişafa, sülh və təhlükəsizliyə əhəmiyyətli töhfə verdiyini qeyd etmişdir. Həmçinin cənab Yıldız iştirakçılara Assambleya çərçivəsində təhsil və elm sahəsində həyata keçirilən işlər, habelə türkdilli ölkələrin müsqətilliklərinin 30-cu ildönümünə həsr ediləcək qarşıdan gələn tədbirlər barədə məlumat vermişdir.