Sunday, 19 September 2021, 14:52:31 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk əməkdaşlıq təşkilatları rəhbərləri Qırğızıstanın Xarici İşlər Naziri ilə görüşüb

29 yanvar 2021-ci ildə Baş katib Altınbek Mamayusupov Türk əməkdaşlıq təşkilatları rəhbərlərinin Qırğızıstan Respublikası Xarici İşlər Naziri Ruslan Kazakbayev ilə birgə görüşündə iştirak edib.

Nazir ölkədəki siyasi vəziyyət və proseslər barədə məlumat verərək Türk əməkdaşlıq təşkilatlarına dəstəkləri və Qırğızıstan Respublikası Prezidenti cənab Sadır Japarovun andiçmə mərasimində iştirakları üçün təşəkkürünü bildirmişdir. Cənab Kazakbayev türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində təşkilatlar tərəfindən həyata keçirilən fəal işi yüksək qiymətləndirmişdir.

Öz növbəsində, təşkilat rəhbərləri dayanıqlı inkişaf proqramları, sosial və institusional islahatların həyata keçirilməsinə töhfə verməkdə davam etməyə hazır olduqlarını ifadə etmişdir.

Həmçinin tərəflər Türk əməkdaşlıq təşkilatları gündəliyində olan aktual məsələlərə dair fikir mübadiləsi aparmışdır.