Thursday, 12 December 2019, 12:57:01 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Nəsiminin 650-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

27 sentyabr 2019-cu il tarixində, Baş katibin müavini Ali Yıldız görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak etmişdir. Tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibətilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirdə iştirak edib.

Əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanları və repertuarını genişləndirmişdir. Bu dəstək nəticəsində teatrın Moris Meterlinkin “Göy quş” pyesi əsasında hazırladığı tamaşa böyük rəğbətlə qarşılanmışdır. “Nəsimi” tamaşası da bu sahədə aparılan uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin Nəsimi yaradıcılığına böyük maraq və sevgisini əks etdirir.