Thursday, 12 December 2019, 13:10:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Özbəkistan Parlamentinin Qanunvericilik Palatasının Spikeri ilə görüşmüşdür

24 sentyabr 2019-cu ildə, Nur-Sultanda keçirilən Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsi çərçivəsində Baş katib Altınbek Mamayusupov Özbəkistan Respublikası Oliy Majlisinin Qanunvericilik Palatasının spikeri cənab Nurdinjon İsmoilov ilə görüşmüşdür.

Baş katib Assambleyanın missiyası, strukturu, cari və gələcək fəaliyyətləri haqqında məlumat vermişdir. TÜRKPA komissiyaları çərçivəsində görülən işlərdən danışan cənab Mamayusupov həmçinin, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərinin də TÜRKPA missiyaları tərəfindən müntəzəm olaraq müşahidə olunmasını qeyd etmişdir. O, Özbəkistan Respublikası Parlamentinin TÜRKPA-nın fəaliyyətlərində tam hüquqlu iştirakına ümidini ifadə etmişdir.

Spiker son illərdə türkdilli ölkələr arasında əlaqələrin müsbət dinamikasını qeyd etmiş və parlament əməkdaşlığının inkişafında TÜRKPA-nın rolunu yüksək qiymətləndirmişdir.

Tərəflər türkdilli ölkələr arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.