Tuesday, 22 October 2019, 00:44:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Oş - 2019-cu il Türk dünyasının mәdәniyyәt paytaxtının açılış mәrasimindә iştirak edib

Baş katibin müavini cənab Naurız Aydarov 20 aprel 2019-cu ildə keçirilmiş Oş - 2019-cu il Türk dünyasının mәdәniyyәt paytaxtının açılış mәrasimindә iştirak etmişdir.

Nazirlər, parlamentarilər, üzv ölkələrin diplomatik missiyalarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Türk dünyasının müxtəlif regionlarından olan qonaqlar açılış mərasimində iştirak etmişdir.

Açılış nitqində qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı TÜRKSOY-un qərarının Qırğızıstan xalqı üçün önəmini vurğulayan Qırğızıstan Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekov mədəniyyətin, mədəni müxtəlifliyin, tolerantlığın, mənəvi dəyərlərin, birlik və sülhün qorunması kimi ali vəzifənin Oş şəhərinə keçdiyini qeyd etmişdir.

Açılış nitqlərindən sonra mərasim 12 ölkədən olan 250-dən çox sənət nümayəndələrinin iştirakı ilə musiqi və rəqs tamaşaları ilə davam etmiş və rəngarəng atəşfəşanlıqla sona çatmışdır.