Friday, 16 November 2018, 20:36:45 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Afrika vә Cәnub-Cәnub Əmәkdaşlığı üzrә Krans Montana Forumunda iştirak etmişdir

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov 16-20 mart, 2018-ci ildə Mərakeşin Daxla şəhərində baş tutan Afrika vә Cәnub-Cәnub Əmәkdaşlığı üzrә Krans Montana Forumunda iştirak etmişdir.

Forum Afrika, Cənub-Cənub və digər müxtəlif regionlardan olan dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatlar, parlamentarilər və iş icmalarının yüksək dərəcəli nümayəndələrini bir araya gətirmişdir.

Urbanizasiya, okeanların idarə olunması, kənd təsərrüfatı, davamlı artım, enerji, ictimai səhiyyə, gənclər və parlamentlərdə gender bərabərliyi, Afrika və İpək Yolu, miqrasiya, iqlim dəyişikliyi kimi 21-ci əsrin əsas çağırışları üzrə Plenar İclaslar bütün dünyadan 2000-dən çox iştirakçı və 43 beynəlxalq təşkilatı bir araya gətirmişdir.

17 mart tarixində, Baş katib "Afrika və İpək Yolu: Qlobal Ticarət üçün İmkanlar" mövzusunda beynəlxalq konfrans zamanı "Yeni İpək Yolu və onun TÜRKPA üzv ölkələri və Afrika üçün potensialı" üzrə çıxış etmişdir. Baş katib çıxışında yüksək səviyyəli iştirakçıları Yeni İpək Yolunun həyata keçirilməsində TÜRKPA üzv ölkələrinin rolu və layihələri barədə iştirakçıları məlumatlandırmışdır. Eyni zamanda, Baş katib layihənin sosial və mədəni mənfəətlərinə toxunmuşdur.

Forum çərçivəsində Baş katib Krans Montana Forumunun Prezidenti Pier-Emmanuel Quirin, TRACECA Baş katibi Mirçea Çiopraqa, Beynəlxalq Enerji Forumunun Baş katibi Dr. Sun Xianşenq, Səfir və İndoneziya Xarici Siyasət İcmasının Qurucusu Dr. Dino Patti Djalal və digər iştirakçılarla söhbət etmişdir.

TÜRKPA və Krans Montana Forumu arasında əməkdaşlıq 2016-cı ildə Brüsseldə baş tutmuş Vətən və Qlobal Təhlükəsizlik Forumu zamanı imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

TÜRKPA Baş katibi, Daxlada çıxış edən iştirakçılar arasında