Thursday, 09 December 2021, 03:12:04 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)

Trend.az

Bakı. Trend:

27-28 fevral 2020-ci ildə "Film və animasiya (uşaq və yeniyetmələr üçün) sahəsində qanunvericiliyin yaxınlaşdırılması və qanunvericilik çərçivəsi" mövzusunda seminar Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində Ankarada baş tutub. TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının çərçivəsində təşkil edilmiş seminar TBMM-in 100 illiyinə həsr edilib.

Üzv ölkələrdən olan millət vəkilləri, ekspertlər, mədəniyyət nazirliklərinin, film və animasiya studiyalarının nümayəndələri, eləcə də TÜRKSOY-un nümayəndəsi seminarda iştirak etmişdir. O cümlədən, Özbəkistan nümayəndə heyəti ilk dəfə TÜRKPA komissiyasının işində iştirak edib.

TBMM Spikerinin müavini Süreyya Sadi Bilgiç iştirakçıları salamlamış və açılış nitqi ilə çıxış edib. Açılış mərasimindən sonra seminar müvafiq olaraq TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının sədri cənab Sadık Şer-Niyaz və TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçmanın sədrlik etdiyi iki sessiya ilə davam edib. Seminar zamanı ekspertlər təqdimatlar edərək üzv ölkələrdə film və animasiya sahəsində mövcud vəziyyət və qanunvericilik çərçivəsi barədə məlumat verib. İştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb, "Kinematoqrafiya və audiovizual əsərlərin istehsalına xarici sərmayənin cəlb edilməsi" və "Kinematoqrafiya" haqqında model qanun layihələrini müzakirə edib.[url="https://az.trend.az/azerbaijan/politics/3199072.html"][/url]