Fazil Mustafa
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.

1986–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin köməkçisi, müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Türkiyə Cümhuriyyətində özəl təmsilçisi, 1998–2001-ci illərdə AXCP sədrinin müavini olmuşdur.

Böyük Quruluş Partiyasının sədridir. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Braziliya, İordaniya, İran, Kolumbiya, Latviya, Malayziya, Malta, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.