Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkiləri
20 mart 2016
Qazaxıstan

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 20 mart, 2016-cı il tarixində Qazaxıstan Respublikası Parlament Məclisinə erkən və maslixatlara (yerli seçkili orqanlar) keçirilən seçkilərin qısamüddətli müşahidəsini həyata keçirmişdir.

TÜRKPA müşahidəçilər missiyasının tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Nizami Cəfərov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının və Türkiyə-Qazaxıstan Parlament Dostluq Qrupunun sədri Haluk İpek və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Erkan Aydın və TÜRKPA Katibliyinin nümayəndələri daxil olmuşdur.

Seçki/referendum üzrə bəyanat