Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası
 

Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) dörd daimi komissiyasından biridir. Komissiyanın gündəliyi hüquq və beynəlxalq əməkdaşlıq sahələrində üzv dövlətlər arasında ümumi maraq doğuran məsələləri əhatə edir.

Assambleyanın tərkibində “Hüquq məsələləri komissiyası və Beynəlxalq əlaqələr” komissiyası iki ayrı daimi komissiya olaraq 2011-ci ildə yaradılıb.

2014 – cü ildə TÜRKPA-nın Bakıda keçirilən 5-ci plenar iclası çərçivəsində Assambleya Şurasının iclasında Assambleyanın daimi komissiyalarının yenidən strukturlaşdırılması barədə qərar qəbul edilib, Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyaları isə hazırkı adı ilə vahid daimi komissiyada, “Hüquq məsələləri və beynəlxalq əlaqələr” komissiyasında birləşdirilib. TÜRKPA-nın daimi komissiyalarının hər biri hər üzv dövlətdən iki parlament üzvü olmaqla səkkiz üzvdən ibarətdir. Daimi komissiyaların sədrləri və sədr müavinləri TÜRKPA-nın plenar iclaslarında üç il müddətinə seçilir.

Daimi komissiyalar öz əməkdaşlıq sahələri çərçivəsinə daxil olan məsələləri nəzərdən keçirir və plenar iclaslara təqdim olunan sənədləri hesabat məruzələri və tövsiyə qərarları şəklində hazırlayır. Eyni zamanda, komissiyalar üzv dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılması və yaxınlaşdırılması prosesini asanlaşdırmaq məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə model qanun layihələrinin hazırlanması üzərində iş aparırlar.

Üzvlər
Sədr
(Türkiyə)
Sədr müavini
(Qazaxıstan)
Üzv
(Azərbaycan)
Üzv
(Azərbaycan)
Üzv
(Qazaxıstan)
Üzv
(Qırğızıstan)
Üzv
(Qırğızıstan)
Üzv
(Türkiyə)
Katiblik
Komissiya katibi
(Türkiyə)