Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsini bitirib (2009).
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə keçib.
2011-2021-ci illərdə TÜRKPA Katibliyində katib-referent, mütəxəssis vəzifələrində çalışıb.
2021-ci ilin yanvar ayından TÜRKPA Katibliyində İnsan resursları və arxiv məsələləri üzrə mütəxəssis vəzifəsində çalışır.
2022-ci ildə Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupunun icraçı katibi vəzifəsinə təyin edilib.