Azerbaycan Cumhuriyeti Millî Meclisi

İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi.

1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.

Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.