Qadın Parlamentarilər Qrupu
 

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qadın Parlamentarilər Qrupu TÜRKPA-nın 18 dekabr 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş 9-cu plenar iclasında üzv parlamentlər arasında 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin əsas prioritetlərindən biri olan qadın və kişilər üçün bərabər imkanlar ilə bağlı məsələlərə dair əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

Qrupun gündəliyinə TÜRKPA-nın üzv dövlətlərində qadınların siyasi, iqtisadi, sosial və ictimai həyatda fəal iştirakının təmin edilməsi, qərar qəbuletmənin bütün səviyyələrində qadınların imkanlarının artırılması istiqamətində müxtəlif təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Qrup qadın parlamentarilərin Assambleyanın, eləcə də qadınların dayanıqlı şəbəkəsinin yaradılması üçün beynəlxalq təşkilatların işində iştirakının təşviq edilməsi məqsədini daşıyır.

Qrup TÜRKPA-nın fəaliyyətdə olan sədri tərəfindən öz sədrliyi müddətinə təyin edilmiş rəhbər və tərəflərin hər iclas üçün xüsusi əsaslarla təyin etdiyi üzvlərdən ibarətdir.

Qrup müvafiq sənədlərini TÜRKPA-nın plenar iclasları çərçivəsində ev sahibi ölkələrdə keçirilən müntəzəm iclaslarda qəbul edir.

Rəhbər
Türkiyə Böyük Millət Məclisinin deputatı
Katiblik
İcraçı katib
+994 12 563 58 35
suzanna@turkpa.org