TÜRKPA-nın 4-cü Plenar İclası
10 iyun 2013 – 12 iyun 2013
Ankara

11 iyun 2013-cü il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində TÜRKPA-nın IV Plenar Sessiyası keçirilir.

Plenar Sessiya İstanbul sazişinin imzalanmasının və TÜRKPA- nın yaranmasının 5-ci ildönümünə həsr olunur. Plenar Sessiyada üzv ölkələrin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son 5 illik fəaliyyətnə həsr olunmuş video təqdimatı olacaq, həmçinin Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, Mədəniyyət və Humanitar məsələlər, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının dinlənilməsi və təstiqi də planlaşdırılır. Bundan əlavə Plenar Sessiyada TÜRKPA-nın yeni Baş Katibi və Baş Katibin müavinləri vəzifəsinə namizədlərin seçimi baş tutacaqdır.

Qeyd edək ki, Plenar Sessiyada Katibliyin 2014-cü il büdcə layihəsinin təsdiqi də gözlənilir. Sonda TÜRKPA-nın IV Plenar Sessiyanın yekun sənədi olan – Ankara Deklarasiyasının qəbulu nəzərdə tutulmuşdur.

Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri TÜRKPA-nın Baş Katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcəkdir.

Bəyanat