Marlen Mamataliyev
KG
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının üzvü

2002-ci ildə İ.Razzakov adına Qırğızıstan Texniki Universitetinin İnformasiya Texnologiyaları fakültəsini bakalavr pilləsi ilə bitirib.

2003-cü ildə İ.Razzakov adına Qırğızıstan Texniki Universitetinin İnformasiya Texnologiyaları fakültəsini magistr dərəcəsi ilə bitirib.

2011-ci ildə Qırğızıstan İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirib.

2003-2004-cü illərdə Qırğız Respublikası Sosial Fondunun proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi

2004-2006-cı illərdə Qırğız Respublikasının Sosial Fondunda baş mütəxəssis, şöbə müdiri, proqram təminatı şöbəsinin müdiri

2006-2008-ci illərdə Qırğız Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyində informasiya təminatı şöbəsinin müdiri

2008-ci ildə, Qırğız Respublikası Maliyyə Nazirliyində nazir köməkçisi, 2007-2009-cu illərdə Qırğız Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyində nazir köməkçisi, məsləhətçi, təşkilati-kadr məsələləri və maliyyə təminatı baş idarəsinin rəisi vəzifələrində işləyib.

2009-2010-cu illərdə Qırğız Respublikası Baş nazirinin birinci müavininin müşaviri, 2010-cu ildə Ar-Namıs Siyasi Partiyasında Aparat rəhbəri

2010-2011-ci illərdə Qırğız Respublikasının Joqorku Keneşi, "Ar-Namıs" fraksiyasının rəhbəri

2011-2012-ci illərdə Qırğız Respublikasının İqtisadi Tənzimləmə Nazirliyi, dövlət katibi vəzifəsini icra edən

2012-ci ildə Qırğız Respublikası Hökuməti Aparatının real sektor şöbəsinin müdiri

2013-2016-cı illərdə “SU-12” ASC-nin İdarə Heyətinin sədri

2016-2018-ci illərdə “Allor Stroy Servis” SC, baş direktor

2018-ci ildə, Qırğız Respublikası Joqorku Keneşinin 6-cı çağırışı deputatı vəzifələrində işləyib.

2021-ci ildə Qırğız Respublikasının Joqorku Keneşinin 7-ci çağırış deputatı seçilib. Büdcə, İqtisadi və Fiskal Siyasət Komitəsinin üzvüdür.