Aynurə Abutalıbova
AZ
Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi
+994 12 563 30 08
aynur@turkpa.org

2004-2008 -ci illərdə Azərbaycan Dillər Universitetinin 1№li İngilis dili fakültəsini ingilis filologiyası üzrə bitirmişdir. 2013-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakütəsində dilşünaslıq üzrə magistr elmi dərəcəsi almışdır.

2013 - cü ilin mart ayından TÜRKPA Katibliyində İctimaiyyətlə əlaqələr üzrə katib, İş-Planı və yazışmalar üzrə mütəxəssis, Hüquqi ekpertiza, ictimaiyyətlə əlaqələr və protokol bölməsinin mütəxəssisi və İctimaiyyətlə əlaqələr və yazışmalar üzrə mütəxəssis vəzifələrində çalışmışdır.

1 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən TÜRKPA-nın növbəti Plenar iclasında seçilənə qədər Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi vəsifəzinin icraçısı olaraq namizədliyi təqdim edilmişdir.

28 aprel 2023-cü ildə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi seçilmişdir.