Kadir Yaman
TR
Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi
+994 12 563 58 32
kadir@turkpa.org

2003-cü ildə Boğaziçi Universitetinin Elm və incəsənət fakültəsinin Tarix bölməsini, 2017-ci ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi bölməsini bitirib. İstanbul Bilgi Universitetini tam təqaüdlə bitirib və “Yoxsulluq hüququ: Müasirləşmə prosesində Böyük Britaniya və Osmanlı İmperatorluğu arasında müqayisə” elmi işi ilə hüquq magistr dərəcəsini (LL.M) alıb. Hal-hazırda İstanbul Mədəniyyət Universitetinin Beynəlxalq əlaqələr Departamentində Rəsmi inkişaf yardımı üzrə doktorantura təhsilini davam etdirir.

2004-cü ildə beynəlxalq ticarət sahəsində başladığı peşəkar karyerası ərzində Türkiyənin tanınmış şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Qeyri-Hökumət Təşkilatlarında (QHT) könüllü və peşəkar olaraq bir sıra vəzifələrdə və Türk Qızıl Aypara Cəmiyyətinin İstanbul il şöbə müdiri vəzifəsində çalışıb.

Onun resenziyalı jurnallarda dərc edilmiş bir çox araşdırması vardır.

TÜRKPA-nın 11-ci Plenar iclasında seçildikdən sonra 26 dekabr 2022-ci ildən Hüquqi məsələlər və beynəlxalq əlaqələr Komissiyasının katibi vəzifəsində işləyir.