Baurcan Datkayev
KZ
İqtisadi əməkdaşlıq komissiyasının katibi
+994 12 563 58 27
datkayev@turkpa.org

Ablay xan adına Qazax Dövlət Beynəlxalq əlaqələr və dünya dilləri Universitetinin Şərq filologiyası fakültəsini bitirib (2001), təhsil aldığı müddətdə 1998-2000-ci illərdə Səlcuq Universitetində (Konya, Türkiyə) təcrübə keçib.

2004-cü ildə T.Rıskulov adına Qazaxıstan İqtisad Universitetində Beynəlxalq İqtisadçı ixtisasına yiyələnmişdir. “Bolaşak” Qaraqanda Universitetinin hüquq magistri (2011) və Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və yerli idarəetmə magistri (2013) pilləsini bitirmişdir.

O, uzun illər ölkənin sosial-iqtisadi vəziyyətinin öyrənilməsi ilə bağlı strukturlarda müxtəlif vəzifələrdə çalışıb. 14 il Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparatında işləyib. 2021-ci ilin iyun ayından TÜRKPA-nın diplomatik heyəti arasında işləyir.