Nizami Cəfərov
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. Dünya Alpaqut Federasiyasının prezidentidir.

1985–1987-ci illərdə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, 1994-cü ildən Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.