Tazabek İkramov
KG
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının üzvü

1996-cı ildə Qırğızıstan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını “məşqçi-müəllim” ixtisası üzrə bitirib.

2010-cu ildə Qırğız Respublikası Hökuməti yanında Qırğızıstan Dövlət Hüquq Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

2019-cu ildə Qırğızıstan Xarici İşlər Nazirliyinin K. Dikambayev adına Diplomatik Akademiyasında “Beynəlxalq Münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.

1998-ci ildə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun Cəlal-Abad rayon filialında bədən tərbiyəsi müəllimi

2000-2007-ci illərdə fərdi sahibkar olub.

2007-2010-cu illərdə “Xalq həqiqəti” ictimai fondunun sədri

2010-2011-ci illərdə Qırğız Respublikası Ticarət və Sənaye Palatasının Çin Xalq Respublikasındakı nümayəndəsi

2011-2012-ci illərdə Oş və Cəlal-Abad şəhərlərinin yenidən qurulması və inkişafı üzrə dövlət idarəsinin baş direktorunun müşaviri vəzifələrində işləyib.

2015-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin 6-cı çağırış deputatı seçilib. Sosial məsələlər, təhsil, elm, mədəniyyət və səhiyyə komitəsinin sədr müavini, Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri olub.

2021-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin 7-ci çağırış deputatı seçilib. Parlament Komitəsinin Nəqliyyat, rabitə, memarlıq və tikinti komitəsinin üzvüdür.