Cavanşir Feyziyev
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1991-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu Tərcümə kafedrasının müəllimi və həmin institutun nəzdindəki «Linqvist» tədris-tərcümə mərkəzinin icraçı direktoru işləmişdir. 1994-cü ildən Belçikanın «Sərhədsiz həkimlər» beynəlxalq humanitar təşkilatında tərcüməçi, 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışmışdır. 2003–2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur. 2013-cü ildən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr komissiyasının sədridir.

Bitərəfdir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Fransa, İrlandiya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.