Ağalar Vəliyev
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir.

1978-ci ildən Yevlax dəmir-beton məmulatı zavodunda fəhlə, texnik-laborant, mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. 1991-ci ildən «Azəravtoyol» İstehsalat Birliyi Yevlax Körpütikinti Kombinatının baş direktoru, 1993-cü ildən Yevlax 2 saylı «Yoltəmirtikinti» trestinin rəisi, 1996-cı ildən «Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti, 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Çexiya, Çin, İsrail, Macarıstan, Mərakeş, Özbəkistan, Rumıniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiya həmsədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlə üzvüdür.