Sədaqət Vəliyeva
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü

Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.

1976-cı ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş Qəfəsi Cərrahiyyəsi Klinikasında tibb bacısı, 1978-ci ildən 4 saylı Şəhər Klinik Xəstəxanasında həkim-interna işləmişdir. 1980-ci ildən 6 saylı Vərəm Xəstəxanasının həkimi, 1984-cü ildən baş həkimi, 1995-ci ildən Suraxanı Rayon Səhiyyə Şöbəsinin müdiri, 1996-cı ildən 1 saylı Vərəm Əleyhinə Dispanserin həkimi, 1997-ci ildən 6 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, 2002-ci ildən Sabunçu Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2006-cı ildən 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimidir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədridir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Avstriya, Böyük Britaniya, Çexiya, Hindistan, Koreya, Qırğızıstan, Liviya, Slovakiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.