Məlahət İbrahimqızı
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü

Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil almışdır. Tarix üzrə fəlsəfə doktorudur.

1983–1991-ci illərdə Bakıda 19 saylı uşaq poliklinikasının həkimi, 1991–1998-ci illərdə 17 saylı uşaq poliklinikasının baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Nəsimi rayon təşkilatının sədridir. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, Səhiyyə komitəsinin və İntizam komissiyasının üzvüdür. Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, İordaniya, Qətər, Qırğızıstan, Malayziya, Niderland, Özbəkistan, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.