Türkiyə Respublikasında prezident seçkiləri və parlament ümumi seçkiləri
24 iyun 2018
Türkiyə

Azərbaycan Respublikası Milli Məclisinin üzvü və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri cənab Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri tərəfindən müşayiət olunan TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyə Respublikasında keçirilən erkən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədir.

Hal-hazırda missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət ederək səsvermə prosesini müşahidə edirlər. Həmçinin, missiya üzvləri səsvermənin bitdikdən sonra səslərin sayılması prosesində iştirak edəcəklər.

Missiya üzvləri, müşahidə programı çərçivəsində, Respublika Xalq Partiyasının (CHP) sədr müavini cənab Tekin Bingöl, Xalq Demokratik Partiyasının (HDP) Qrupunun sədr müavini xanım Filiz Kerestecioğlu, Milli Hərəkat Partiyasının (MHP) sədr müavini cənab Mevlüt Karakaya və Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qrupunun sədr müavini cənab Naci Bostancı, eləcə də Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven ilə görüşmüşdür.

Həmin görüşlərdə, Türkiyədə ədalətli və şəffaf seçkilərin keçirilməsi baxımından TÜRKPA Missiyasının seçkiləri müşahidə etməsinin əhəmiyyəti vurğulanmış, seçki müşahidəsini həyata keçirən digər beynəlxalq təşkilatlarla yanaşı, TÜRKPA-nın fəaliyyətlərinin Türkiyədə demokratik seçkilərin keçirilməsində mühüm rol oynayacağını qeyd edilmişdir.

Yüksək Seçim Kurulun (Ali Seçki Qurumu) sədri cənab Sadi Güven hazırlıq prosesinin texniki və logistik məsələləri barədə missiyaya məlumat vermiş, missiya üzvlərinin suallarını cavablandırmış, eləcə də tərəflər seçki prosesi barədə fikir mübadiləsi aparmışdır.

Missiya rəhbəri cənab Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə etmiş və uğurlar arzulamışdır.

Seçki/referendum üzrə bəyanat