Özbəkistan Respublikasında prezident seçkisi
24 oktyabr 2021
Özbəkistan

24 oktyabr 2021-ci il tarixində TÜRKPA Beynəlxalq Müşahidə Missiyası seçki prosesini müşahidə etmək üçün Daşkənd və Səmərqənddə seçki məntəqələrini ziyarət etmişdir. Missiya yerində səs verilməsini müşahidə edərək, seçicilər, seçki məntəqəsi rəsmiləri və yerli müşahidəçilərlə söhbət edərək səsvermə prosesinin bütün mərhələlərini izləmişdir. Həmçinin müşahidəçilər seçki məntəqəsinin açılış və bağlanışını müşahidə etmişdir. MSK-nın ilkin məlimatına əsasən seçici fəallığı 80,8% təşkil etmişdir. Missiya üzvləri, həmçinin yerli və xarici KİV-lərə müsahibələr vermişdir.

Növbəti gün TÜRKPA Beynəlxalq Müşahidə Missiyası prezident seçkilərinin müşahidəsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Missiya rəhbəri Recep Şeker mətbuat nümayəndələrinə TÜRKPA Missiyasının fəaliyyəti barədə məlumat vermis və seçki administrasiyası orqanlarının yaxşı təmin olunduğu və seçkilərin keçirilməsinə peşəkar hazırlaşdığını qeyd etmişdir.

Missiya prezident seçkilərinin Özbəkistanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir.

Seçki/referendum üzrə bəyanat