Qırğız Respublikasında parlament seçkiləri
28 noyabr 2021
Qırğızıstan

2021-ci ilin 28 noyabr tarixində Azərbaycan, Qazaxıstan və Türkiyədən olan parlamentarilər, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət olan TÜRKPA Seçki Müşahidə Missiyası Bişkekdə səsvermə prosesini müşahidə edib.

Səsvermə günü Missiya bir sıra seçki məntəqələrini ziyarət etmiş, yerində seçicilər, seçki məntəqələri rəsmiləri və yerli müşahidəçilərlə söhbət edərək seçki məntəqələrinin açılışından səslərin sayılmasınadək səsvermə prosesini bütün mərhələlərdə müşahidə etmişdir. TÜRKPA müşahidəçiləri öz işi çərçivəsində yerli kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Növbəti gün Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Missiya başçısı Recep Şeker Missiyanın müşahidə proqramı haqqında məlumat vermişdir.

Missiya Qırğız Respublikasında seçkilərlə bağlı çərçivədə əhəmiyyətli dəyişiklikləri vurğulamışdır. Ümumən, parlament seçkilərinin sakit mühitdə keçdiyini qeyd edərək Missiya seçki idarəetmə orqanlarının bütün seçki prosesi haqqında ictimai maarifləndirmənin artırılması, aşağı səviyyəli komissiyalar və hüquq-mühafizə orqanlarına təlim keçirilməsi, o cümlədən seçki prosesi zamanı COVID-19-un yayılmasının qarşısının alınması tədbirləri üzrə işini müsbət qiymətləndirmişdir.

Missiya 28 noyabr 2021-ci ildə Qırğız Respublikasında parlament seçkilərinin milli qanunvericiliyə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.

Seçki/referendum üzrə bəyanat