TDT-nin Nümayəndəlik Ofisinin İcraçı Direktoru Katibliyi ziyarət etmişdir
22 sentyabr 2022

22 sentyabr 2022-ci il tarixində Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin İcraçı Direktoru səfir Yanoş Hovari TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Mehmet Süreyya Er ilə görüşmüşdür.

Tərəflər gələcək layihə və tədbirlər, eləcə də qarşılıqlı fəaliyyət perspektivləri ilə bağlı müzakirə aparmışdır.