Azərbaycan XİN Gəncəyə səfər təşkil edib
17 oktyabr 2022

17 oktyabr 2022-ci il tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpus, xarici və yerli KİV nümayəndələri üçün Vətən müharibəsi dövründə erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən raket hücumları nəticəsində həlak olan şəhidlərin xatirəsinin anılmasının ikinci ildönümü ilə əlaqədar Gəncəyə təşkil etdiyi səfərdə iştirak etmişdir.

Anım tədbirinin iştirakçıları Gəncə xatirə kompleksini ziyarət etmiş, həlak olanların xatirəsini ehtiramla yad etmişdir. İştirakçılara insan tələfatı, yaralananlar və şəhər infrastrukturuna ziyan vuran hücumların nəticələri barədə məlumat verilmişdir.