TÜRKPA “Biznes və insan hüquqları sahəsində Ombudsman və Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda konfransda iştirak edib
19 oktyabr 2022

19-20 oktyabr 2022-ci il tarixlərində Baş katibin müavini Fuad Ələkbərov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illik yubileyinə həsr olunmuş “Biznes və insan hüquqları sahəsində Ombudsman və Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransında iştirak etmişdir.

Konfransın məqsədi biznes və insan hüquqları sahəsində mövcud tendensiya və çağırışların müzakirəsi, həmçinin bu sahədə müsbət təcrübələrin mübadiləsindən ibarət olmuşdur. Tədbirdə türk dövlətləri və digər ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının, həmçinin beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişdir.

İki gün davam edən konfransın sessiya müzakirələri iqtisadi və sosial hüquqların müdafiəsində ombudsman və milli insan hüquqları təsisatlarının rolu, cari təşəbbüslər, BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin həyata keçirilməsi üçün imkan və çağırışlar, biznes müəssisələri tərəfindən insan hüquqlarının pozulması ilə bağlı şikayətlərin monitorinqi və qəbul edilməsi, beynəlxalq və regional insan hüquqları mexanizmləri ilə qarşılıqlı əlaqə, eyni zamanda milli insan hüquqları təsisatları və vətəndaş cəmiyyəti təşkilatlarının biznes və insan hüquqları sahəsində roluna dair mövzuları əhatə etmişdir.

Xəbər lenti
TÜRKPA “Biznes və insan hüquqları sahəsində Ombudsman və Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda konfransda iştirak edib
19 oktyabr 2022
(Bu səhifədəki xəbər)