Macarıstan Milli Assambleyasının sədr müavini TÜRKPA Katibliyini ziyarət edib
17 may 2023

17 may 2023-cü il tarixində Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın rəhbərlik etdiyi nümayəndə heyəti Katibliyi ziyarət etmiş və əməkdaşlarla görüşmüşdür.

Baş katib Mehmet Süreyya Er cənab Lejakın ilk dəfə olaraq Katibliyə ziyarətindən məmnunluğunu ifadə etmişdir.

Öz növbəsində, sədr müavini səmimi qarşılamaya görə minnətdarlığını bildirmiş və gələcək fəaliyyətdə müvəffəqiyyətlər arzulamışdır.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparmış, Macarıstan və türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yaxından əməkdaşlıq etmək barədə razılığa gəlmişdir.