TÜRKPA müşahidəçiləri Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb
18 noyabr 2022

18 noyabr 2022-ci il tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kayanın rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası (SMM) öz müşahidə proqramı çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev ilə görüşmüşdür.

Cənab Aşimbayev Qazaxıstanın seçki müşahidəsinə böyük əhəmiyyət verdiyini qeyd edərək, TÜRKPA SMM-in erkən prezident seçkilərinin beynəlxalq müşahidə prosesinə verdiyi töhfəni vurğulamışdır.

Öz növbəsində, missiyanın rəhbəri cənab Kaya TÜRKPA SMM-in fəaliyyətinin seçki prosesinin obyektiv qiymətləndirilməsinə yönəldiyini qeyd etmiş və Qazaxıstan xalqına qarşıdan gələn seçkilərdə uğurlar arzulamışdır.