TÜRKPA Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəyirmi masasında iştirak etmişdir
15 dekabr 2022

15 dekabr 2022-ci il tarixində TÜRKPA Baş katibinin müavini Nooruzbek Arstanbekov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Dövlət Universiteti ilə birgə təşkil etdiyi "Türk dövlətləri: Şərq və Qərb arasında körpü" mövzusunda dəyirmi masada iştirak etmişdir.

Tədbirdə üzv və müşahidəçi ölkələrin səfirləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açılış nitqi ilə çıxış etmişdir. Dəyirmi masa Şərq və Qərb arasında mədəniyyətlərarası dialoqun inkişafında Türk dünyasının rolu, eləcə də Türk dünyasının digər xalqlarla elmi və mədəni əlaqələrinə həsr olunmuşdur.

Tədbir Türk xalqlarının musiqilərinin nümayişi ilə davam etmişdir.