TÜRKPA Missiyası Türkiyənin Ali Seçki Şurasının sədri ilə görüşüb
13 may 2023

13 may 2023-cü il tarixində Türkiyədə prezident seçkiləri və parlament ümumi seçkilərinin müşahidəsində iştirak edən TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyə Respublikası Ali Seçki Şurasının (ASŞ) sədri Ahmet Yener ilə görüşmüşdür.

Görüşdə TÜRKPA müşahidəçiləri seçkilərə hazırlıq və seçkilərin əsas xüsusiyyətləri barədə məlumatlandırılmışdır. ASŞ sədri seçki sistemi və seçki idarəetməsinə dair məlumat vermiş, Missiya üzvlərinin suallarını cavablandırmışdır.

Missiya Türkiyə Respublikasının seçkilərin keçirilməsində zəngin təcrübəsini qeyd etmiş və qarşıdan gələn seçkilərdə müvəffəqiyyətlər arzulamışdır.