ADA Universitetində mədəni sərvətlərin qorunmasına dair beynəlxalq konfrans keçirilib
8 dekabr 2022

8 dekabr 2022-ci il tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov və komissiya katibi Kunduz Rustembekova UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Komitəsi, eləcə də Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsi aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Tədbirdə diplomatik nümayəndəliklərin təmsilçiləri, mədəni və akademik dairələrin nümayəndələri, həmçinin dövlət rəsmiləri iştirak etmişdir.

Konfrans iştirakçıları öz çıxışlarında UNESCO və onun konvensiyaları çərçivəsində öhdəliklərə sadiqliyin və bu kontekstdə Qarabağda Azərbaycanın mədəni irsinin qorunmasının vacibliyini vurğulamışdır.

Beynəlxalq konfrans, həmçinin müxtəlif mövzularda panel sessiyalarla davam etmişdir.