Qadın Parlamentarilər Qrupunun 2-ci iclası Ankarada keçirilib
27 aprel 2023

27 aprel 2023-cü il tarixində Ankarada TÜRKPA-nın 12-ci plenar iclası çərçivəsində “TÜRKPA üzv dövlətlərinin milli şirkətləri və dövlət müəssisələrində rəhbər vəzifələrdə qadınlar üçün icbari kvotaların tətbiqi” mövzusunda Qadın Parlamentarilər Qrupunun 2-ci iclası keçirilmişdir.

İclası Qrupun rəhbəri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova açmışıdr.

Qadın parlamentarilər mövzu ilə bağlı fikir mübadiləsi aparmış, üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların yaradılması üzrə milli strategiya və proqramların həyata keçirilməsində öz ölkələrinin təcrübələrini bölüşmüşdür. İştirakçılar qərar qəbuletmənin bütün səviyyələrində qadınların təmsilçiliyinin artırılması üçün təşəbbüslərə qoşulmaq, o cümlədən qadınların rəhbər vəzifələrə hazırlanmasına yönəlmiş potensialın gücləndirilməsi proqramlarının işlənib hazırlanması məsələlərini müzakirə etmişdir.

İclas Qrupun yekun sənədi kimi əsas mövzu üzrə tövsiyə qərarının qəbulu ilə yekunlaşmışdır.