TÜRKPA 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
19 yanvar 2023

19 yanvar 2023-cü il tarixində TÜRKPA Katibliyinin diplomatik heyəti 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Şəhidlərin məzarlarına gül dəstələrinin qoyulması ilə başlayan mərasim, diplomatik korpus nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmişdir.