TÜRKPA Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə yardım məqsədilə müxtəlif gücə malik elektrik generatorları göndərib
8 fevral 2023

TÜRKPA 6 fevral 2023-cü il tarixində Kahramanmaraşda baş verən və bir çox qonşu bölgələri də əhatə edən zəlzələdən sonra zərər çəkmiş bölgələrə Türk Hava Yollarının Bakı ofisinin dəstəyi ilə təbii fəlakət ərazisində ehtiyac duyulan müxtəlif gücə malik 19 elektrik generatoru göndərib.

Axtarış-xilasetmə işlərinin hərtərəfli davam etdiyi bölgələrdə təcili ehtiyaclar arasında olan elektrik generatorları TÜRKPA Katibliyi tərəfindən dərhal tədarük edilərək təbii fəlakətdən zərər çəkmiş ərazilərə göndərilmişdir.

Zaman keçdikcə zəlzələdən sonra onun səbəb olduğu dağıntılar daha aydın görünməkdədir.

TÜRKPA Katibliyi onun qurucu üzvlərindən biri olan Türkiyə Respublikasında baş vermiş bu hadisəni böyük kədərlə izləyir və hər zaman ehtiyac sahiblərinə yardım əli uzadan xeyirxah türk xalqının və Türkiyə Respublikasının yanında olduğunu bir daha bəyan edir.